MTRŞ qəbulu dayandırdı – Koronavirusa görə

Milli Televiziya və Radio Şurası (MTRŞ) koronavirusa görə vətəndaşların qəbulunu dayandırır.

MTRŞ-dan Yenicag.az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatını, həmçinin Azərbaycan Respublikası Baş Nazirinin dövlət qurumlarınının rəhbərlərinə ünvanlandığı 16 mart tarixli məktubunu nəzərə alaraq, Milli Televiziya və Radio Şurasında vətəndaşların qəbulu 2020-ci il martın 29-dək dayandırılır.

Bu dövr ərzində müraciətlər (012) 498-18-82 və (012) 598-50-42 telefon nömrələri vasitəsilə, həmçinin, Şuranın rəsmi elektron poçtu ([email protected]) və Facebook səhifəsi (www.facebook.com/ntrc.gov.az) ilə qəbul olunacaq.