Müalicəvi xüsusiyyətləri olan alkoqolsuz şərab icad edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Belqorod Dövlət Milli Tədqiqat Universiteti məlumat yayıb.
Alkoqol içkidən buxarlandırılıb və yalnız faydalı hissəsi qalıb.
Elm adamları Belqorod üzümünün Krasnodar, Krım və İtalyan üzümlərindən daha çox antioksidan olduğunu bildirirlər.
Şərab ürək, qan damarları və sinir xəstəliklərinin müalicəsində istifadə olunacaq.
İndi alimlər içkini sınaqdan keçirməli və nəticələrini Moskvada farmakoloqların konqresində bölüşməlidirlər.
Xuraman Etibarlı