Müavinət və təqaüd alanlara şad xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Bu barədə Yenicag.az-a DSMF-dən bildirilib.

Qeyd edək, xüsusi karantin rejimi ilə əlaqədar olaraq vətəndaşlar bu vəsaitlərini istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.

DSMF-dən o da əlavə edilib ki, yaxın günlərdə avqust ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

COP29