Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov qardaş ölkədə iftar süfrəsi açacaq.
Yenicag.az xəbər verir ki, “Palmali”nin prezidenti bu barədə məlumatı şəxsi “instagram” səhifəsi vasitəsi ilə yayıb.
O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə İstanbulda təhsil alan tələbələri və Türkiyədə fəaliyyət göstərən iş adamlarını mayın 28-də iftar süfrəsi arxasında bir araya yığacaq.