!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mübariz Mənsimovdan kəskin reaksiya: “Mən Azərbaycan dövlətinin əsgəriyəm”

!Reklam – Yazi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov müxtəlif kütləvi informasiya vasitələrində ona qarşı aparılan qara piara kəskin reaksiya verib.

Yenicag.az Oilgas.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədəki şəxsi hesabında məsələyə belə münasibət bildirib:

“Siz nə yazsanız da, nə etsəniz də, Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını dana bilməzsiniz” yazan M.Mənsimov “Mən nə hansısa etnik maraqları təbliğ edən KİV-i, nə orada danışanları tanıyıram. Mübariz Mənsimov olaraq, mənim üçün tək bir Azərbaycan dövləti və xalqı var. Bizi separatçılıqda ittiham etməyə çalışan bu adamlar görünür, “Palmali Group”a məxsus gəmilərdə şəhidlərimizin, milli qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin adını daşıdığını görməzdən gəlirlər”, deyə bildirib.

Mənsimov sözlərini belə tamamlayıb:

“6 ildir ki, “Palmali Group”un iflas etdiyini yazdıranlar və yazanların da bu arzusu da gözündə qalıb. Mən hər zaman özümü bu dövlətin əsgəri hesab etmişəm. Bu cür qərəz və böhtan kampaniyalarına baxmayaraq, vətənimi, onun insanlarını sevməyə davam edəcəm. Məni tanıyan hər kəs bilir ki, azərbaycanlı olmağımla hər zaman fəxr etmişəm”.

www.yenicag.az

1611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv