Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Mübariz Mənsimovun etirazı nəticə verdi: Bayrağımıza hörmətsizlik edənlər... - FOTO

Xəbər verdiyimiz kimi, bir vaxtlar azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olan, 2015-ci ildə isə adı açıqlanmayan azərbaycanlılara satılan Türkiyənin Bodrum şəhərində yerləşən “Palmarina” istirahət mərkəzinin girişinə yerləşdirilən dövlət bayrağımız sökülmüşdü.

Yenicag.az-ın məlumatına görə, məsələ Mənsimovun ciddi narazılığına səbəb olmuş, bayrağımızı sökənləri qınamışdı.

Xoşagəlməz durum mətbuat tərəfindən qabardıldıqdan sonra, öz həllini tapıb, istirahət mərkəzinə üç rəngli bayrağımız sancılıb. Bu barədə “Palmali” şirkətlər qrupunu prezidenti öz şəxsi “İnstagram” hesabında paylaşım edib.

“Bax belə bayrağı yerinə asarsınız. Bəzən adamlara dərs vermək lazımdır. Oğru kimi gecə ilə bayraq asdılar. Digərini də yerinə qoyacaqsınız…” deyə, iş adamı “Palmarina”nı hazırda işlədənlərin ünvanına ağır sözlər yazıb.

Qeyd edək ki, “Habertürk” qəzeti “Palmarina”da vəziyyətin yaxşı olmadığı, VIP müştərilərin qaçdığı, qiymətin bahalaşdığı barədə geniş yazı dərc etmişdi.

Yenicag.az

www.yenicag.az

864
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM