Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mübariz Mənsimovun məhkəməsi təxirə salındı

Bu gün FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilib.

Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, məhkəmədə “Palmali” şirkətinin vəzifəli şəxsləri ifadə verib.

Daha sonra Mübariz Mənsimova söz verilib. O ifadə verərək ittihamları qəbul etmədiyini deyib: “Mən şiəyəm, FETÖ ilə heç bir əlaqəm yoxdur. Səhhətim yaxşı deyil, ədalətin doğru qərar verməsini istəyirəm”.

Məhkəmə prosesi yanvarın 13-dək təxirə salınıb.

www.yenicag.az

196