!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mübariz Mənsimovun Trampla şəkli fotoşop çıxdı

!Reklam – Yazi

Ötən gün “Qafqazinfo”da “Palmalı” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun ABŞ prezidenti Donald Trampla görüşünü əks etdirən məlumat və fotolar yayımlanıb.

Sözügedən xəbər və fotolar sayta “Palmalı”nın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu tərəfindən göndərilib. Xəbər sayta yerləşdrildikdən sonra məlum olub ki, təqdim olunan fotolardan ikisi fotoşopla hazırlanıb və Trampla Mənsimov “yan-yana gətirilib”.

Sözügedən fotolar müzakirələrə səbəb olub, bu saxtakarlıq sosial şəbəkələrdə pislənilib. Məsələ ilə bağlı şirkətə müraciət edilib, həmin fotoların orijinal olduğunu iddia ediblər. Lakin “Qafqazinfo” fotonun haqlı olaraq etirazla qarşılandığını nəzərə alıb və onu saytdan silib.

“Qafqazinfo” palmalı şirkətinin rəhbərliyini məsuliyyətli olmağa çağırır və bu yanlışlığa görə oxuculardan üzr istəyir.

Sözügedən iki fotonu təqdim edirik:

Orijinal foto

Saxta fotolar

Yenicag.az

www.yenicag.az

774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv