!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mübariz Qurbanlı dini icma rəhbərləri ilə görüşüb

!Reklam – Yazi

mubarizAzərbaycanda və Fransanın Reyn bölgəsində fəaliyyət göstərən dini icmaların rəhbər vəzifəli şəxslərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, həmçinin, Elzas regionu Şurasının rəhbərliyində təmsil olunan şəxslərin iştirakı ilə keçirilən görüşdə məhsuldar müzakirələr aparılıb.

Regional Şuranın məsləhətçisi Katrin Zuberin moderatorluğu ilə keçirilən görüşdə hər iki ölkədəki dini, milli tolerantlıq məsələləri haqqında məlumat verilib.

Fransanı təmsil edən icma rəhbərləri çıxışlarında Azərbaycandakı tolerant mühitə, multikulturalizm dəyərlərinə dövlətin göstərdiyi həssas münasibət, həmçinin, Azərbaycanın bu sahədə yaratdığı model barədə məlumatlı olduqlarını vurğulayıblar.

Görüşdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı başqa millətlərə və dinlərə belə münasibətin Azərbaycanda əsrlərlə yaşadılan bir dəyər olduğunu deyib.

Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri çıxışlarında əsl sülh, dostluq və qardaşlıq məkanı olan Azərbaycanda özlərini tam rahat hiss etdiklərini, dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini diqqətə çatdırıblar. Onlar ölkəmizdə heç vaxt antisemitizm elementlərinin mövcud olmadığını xüsusilə vurğulayıblar(qafqazinfo).

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv