!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mübariz Qurbanlı Oğuzda

!Reklam – Yazi

86020Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 13-də Oğuz şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, 2 gün davam edəcək tədbirdə ölkəmizin şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, həmçinin fəal dindarlar və ilahiyyatçılar iştirak edirlər. Tədbiri Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov açaraq vurğulayıb ki, Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və ölkəmizdə müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Konfransda DQİDK-nin sədri Mübariz Qurbanlı çıxış edərək, respublikanın müxtəlif regionlarında keçirilən tədbirlərin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıdığını diqqətə çatdırıb.

“Azərbaycan İslam dövlətlərinin içərisində özünəməxsus yeri və rolu olan ölkələrdən biridir. İslam ölkələri arasında Azərbaycanın xüsusi nüfuzu vardır. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında öz sözünü deyə bilən bir ölkədir”, – deyə Mübariz Qurbanlı bildirib. Konfrans daha sonra işini plenar iclaslarla davam etdirib. Həmin gün DQİDK-nin sədri Mübariz Qurbanlı və rayonda səfərdə olan BMT-nin rezident əlaqələndiricisi Antonius Broek Oğuz şəhərindəki Cümə məscidinə, alban məbədi və sinaqoqlara baş çəkib, tarix-diyarşünaslıq muzeyi ilə tanış olublar.

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv