Türkiyəli siyasətçi, Vətən partiyasının sədri Doğu Perincək İsveç məhkəməsinin qondarma “erməni soyqırımı”na heykəl qoyulmasını qadağan edən qərarını Yenicag.az-a şərh edib.
“İsveç məhkəməsinin qərarı Türkiyənin tezislərinin nə qədər doğru olduğunu bir daha sübut etdi. BMT-nin 1948-ci ildə təsdiqlədiyi soyqırım anlayışına əsasən yerli və ya beynəlxalq cəza məhkəməsinin verdiyi qərar daha əvvəl qəbul olunmuş qərarı qüvvədən salır. İsveç məhkəməsi bu amili nəzərə alaraq bələdiyyələrin soyqırım məsələsində səlahiyyətinin olmadığı hökmünü çıxarıb. Bu qərara əsasən, ölkədə qondarma “erməni soyqırımı”na abidə və ya heykəl qoymaq qadağan edilib. Beləliklə də, Perincək-İsveçrə işində AİHM-nin 28 yanvar 2015-ci il və müavinim Əli Mərcanın İsveçrə əleyhinə açdırdığı işin 28 noyabr 2017-ci il tarixli qərarından sonra bir daha hüquqi qələbə qazandıq. Biz AİHM-dəki zəfərimizlə sadəcə ifadə azadlığımızı qazanmadıq, həm də 1915-ci il hadisələrinin yəhudi qətliamı kimi soyqırım olmadığını sübuta yetirdik. Mübarizəmizin nəticələrinin Avropa hüququna sirayət etməsi bizi çox sevindirir”.