!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə naziri barəsində cinayət işi başlanıb

!Reklam – Yazi

3f9f97c799d7ab8db2c082c4b6cdc098Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin anti-korrupsiya xidməti müdafiə naziri Abibilla Kudayberdıyevə qarşı xidməti vəzifəsindən sui-istifadə və dövlət əmlakının talanması ittihamları ilə cinayət işi açıb.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Antikorrupsiya Xidməti ilə Hərbi Prokurorluq tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində büdcə vəsaitlərinin qeyri-qanuni şəkildə istifadə edilməsini müəyyənləşdirən faktlar aşkar edilib. Araşdırmanın nəticələrinə görə, nazirliyin yüksək səviyyəli rəsmiləri “Əsgər quruluş” dövlət müəssisəsi vasitəsilə qeyri-qanuni şəkildə büdcədəki pulları şəxsi istifadə məqsədilə xüsusi firmalara ötürüblər. Faktla əlaqədar Qırğızıstan müdafiə naziri, nazirliyin yüksək səviyyəli rəsmiləri, eləcə də “Əsgər – Quruluş” müəssisəsinin bəzi işçilərinə qarşı xidməti səlahiyyətdən sui-istifadə, dövlət əmlakının talanması, saxtakarlıq maddələri ilə cinayət işi açılıb.

Prezidentin fərmanı ilə A. Kudayberdıyev vəzifəsindən uzaqlaşdırılıb. Hazırda istintaq davam etdirilir.

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv