Müdafiə naziri cəbhə xəttində – Fotolar

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olub.

Müdafiə Nazirliyindən Yenicag.az-a bildirilib ki, hərbi hissənin ərazisində Heydər Əliyevin abidəsi ziyarət edilib. Zakir Həsənov müdafiənin ön xəttindəki bölmələrdə olaraq üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Əməliyyat şəraiti ilə tanış olan general-polkovnik birləşmələrin və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Hərbi qulluqçular nazirə müraciətdə işğal altında olan torpaqların tezliklə azad edilməsinə hazır olduqlarını bildiriblər.

COP29