!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə naziri cəbhədə təlim-atış mərkəzində olub

!Reklam – Yazi

c7f32b10e3ae9c188026fe6da147f2c5Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən döyüş bölgəsində olan müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların atəş və taktiki hazırlıq məşqləri keçdiyi təlim-atış mərkəzində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirə poliqon haqqında məlumat verilərək bildirilib ki, ərazidə cəbhə xəttindəki vəziyyətin modelləri vasitəsilə real döyüş şəraitinə uyğun təlimlərin keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün şərait yaradılıb.

Poliqonda şəxsi heyət silahlanmada olan atıcı silahlar, minaatanlar və qumbaraatanlardan istifadə etmək bacarığını daha da təkmilləşdirmək və təcrübələrini artırmaq imkanı əldə edir.

Müdafiə naziri atış, taktiki sahə, kəşfiyyat, snayper hazırlığı kursu və digər təlim nöqtələrində praktiki hazırlıq çalışmalarını izləyib.

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv