Müdafiə naziri istefa verdi

Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon istefa verib.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, nazir keçmişdəki davranışı ilə bağlı səsləndirilən iddialar səbəbindən belə bir addım atmağa qərar verib.

M.Fallon keçmişdəki davranışının Böyük Britaniyanın Müdafiə Nazirliyinin standartlarına uyğun olmadığını etiraf edib.