Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müdafiə naziri Laçındakı çörək zavodunda - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş bölgələrə Müdafiə Nazirliyinin rəhbər heyətinin səfəri davam edir.

Nazirliyin rəhbərliyi Kəlbəcər rayonu ərazisində tikilməkdə olan çörək sexinə baxış keçirib və aparılan tikinti işləri ilə maraqlanıb, inşaatın daha da keyfiyyətli aparılması üçün müvafiq tapırıqlar verilib.

Sonra Müdafiə naziri Laçın rayonu ərazisində yerləşən çörək zavodunda olub.

Nazirə məruzə edilib ki, ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir.

Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş çörək zavodunun fəaliyyəti tam avtomatlaşdırılıb. Bütün un məmulatları əl dəyilmədən və gigiyenik qaydalara əməl olunmaqla bişirilir.

Sonda Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

www.yenicag.az

400
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100