Müdafiə naziri ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxladı

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub.

Yenicag.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məruzələri dinlədikdən sonra müdafiə naziri üzbəüz düşmən mövqelərini müşahidə edib, ön xətdəki vəziyyətlə yerində tanış olub.

Sonra hərbi hissələrdən birinin yeni inşa edilən dayaq məntəqəsinin, digər hərbi hissədə isə hərbi texnika üçün nəzərdə tutulmuş avtoparkın açılışını edən nazir, hərbi texnikanın döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.

COP29