Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türk Silahlı Qüvvələrinin keçirdiyi antiterror əməliyyatları haqqında danışıb.
Yenicag.az xəbər verir ki, Akar 2015-ci ildən bu günədək Suriya və İraqın şimalında keçirilən əməliyyatlarda təxminən 37 min terrorçu zərərsizləşdirilib.
Akar onu da bildirib ki, bu əməliyyatlar kürdlərə qarşı yönəlməyib:
“Ölkə daxilində və xaricdə aparılan başqa bir qara təbliğat da terrorla mubarizəmizin kürd qardaşlarımıza qarşı olduğu böhtanıdır. Bu, yalandır, alçaqlıqdır”.