!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə Naziri Tərtərə getdi – Foto

!Reklam – Yazi

243733“Azərbaycan ordusu ermənilərin təxribatlarına cavab olaraq növbəti dəfə düşmənə sarsıdıcı zərbə endirib”.

Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayon sakinləri ilə görüşündə deyib.

Müdafiə naziri qeyd edib ki, ötən gecə ermənilər yenidən atəşkəs rejimini pozaraq cəbhəboyu yaşayış məntəqələrini atəşə tutub: “Cəbhədə erməni hərbi birləşmələrinin növbəti təxribatlarının qarşısını Azərbaycan ordusu layiqincə ala bilib və düşmənə sarsıdıcı zərbələr endirib. Düşmənin mövqeyində yerləşən postlar dağıdılıb”.

Qeyd edək ki, ötən gecə cəbhə xəttində baş verən hadisələrlə bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayonunda olub. Nazir Tərtər şəhərində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Daha sonra Z.Həsənov Tərtər rayon sakinləri ilə görüşüb.

Görüşdə sakinlər yüksək əhval-ruhiyyədə olduqlarını, Vətəninin müdafiəsi və ermənilərin işğal etdiyi torpaqların azad olunması üçün hər zaman Azərbaycan Silahlı Qüvvələrinə dəstək olduqlarını bildiriblər.

www.yenicag.az

812
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv