Müdafiə nazirinə sui-qəsd

7fe51dab40b6cc55c1660a78c0cfebd1-1-300x170Avqustun 8-də Mosul şəhəri yaxınlığında İraqın müdafiə naziri Xalid əl-Obeydiyə qarşı sui-qəsd cəhdi olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, X. əl-Obeydinin olduğu avtomobil karvanı İmam Qərib kəndi yaxınlığında avtomat silahlardan və minaatanlardan atəşə tutulub.

İraq Müdafiə Nazirliyi hücum zamanı müdafiə nazirinin, o cümlədən avtomobil karvanında olanlardan heç kimin xəsarət almadığı, ölən olmadığı barədə məlumat yayıb.
Sui-qəsd cəhdi ilə bağlı hələlik heç bir radikal qrupa qarşı ittiham irəli sürülməyib.