Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müdafiə nazirinin evi yanıb

Ötən gecə Tallinin Nımme rayonunda Estoniya müdafiə naziri Marqus Tsaxknanın evində yanğın olub.

APA-nın məlumatına görə, bu barədə “Postimees” qəzeti məlumat yayıb.

İlk olaraq isə müdafiə nazirinin qonşusu evin hava istilik nasosunda və divarın üzlüyündə yanğını görüb, dərhal M. Tsaxkna və ailə üzvlərini yuxudan oyadıb, yanğınsöndürənlərə zəng açıb. Yanğınsöndürənlərə evdə yanğın olması barədə məlumat yerli vaxtla saat 4.45 radələrində daxil olub. Xilasedicilər hadisə yerinə çatan zaman evin damına keçmiş yanğını söndürmək üçün dam sökülüb. Yanğın zamanı müdafiə naziri və ailə üzvləri xəsarət almayıb.

M. Tsaxkna “Facebook” sosial şəbəkəsindəki səhifəsində yanğın barədə onları dərhal məlumatlandıran qonşusuna və yanğınsöndürənlərə minnətdarlığını bildirib.

Yeniçağ.az

www.yenicag.az

447
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100