!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə nazirinin İRAN SƏFƏRİ: "Zakir Həsənov ora tək hərbi məsələlərlə bağlı getməyib, həm də..." - Hərbi ekspert

!Reklam – Yazi

“Nazir və nazir müavinləri səviyyəsində bağlanan naviqasiya, logistika, enerji anlaşmalarından sonra hərbi qurumlar arasında da bu cür təmasların olması vacibdir”.

Bu fikirləri İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmmədhüseyn Baqerinin Azərbaycanla hərbi sahədə əməkdaşlıq etməklə bağlı səsləndirdiyi fikirlər fonunda Zakir Həsənovun İran İslam Respublikasına səfəri haqqında danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.Tərlan Eyvazov bildirib ki, İranın bütün sahələrdə Azərbaycanla əməkdaşlığa ehtiyacı var:

“Çoxumuzda belə bir fikir var ki, İran geridəqalmış bir ölkədir, nə etdiyini bilmir. Mən bununla kateqorik olaraq razı deyiləm. Ona görə ki, İran müharibə keçmiş ölkədir və ən əsası, onun dövlətçilik və diplomatiya tarixi var. İranı hansısa başqa bir ölkəylə müqayisə etmək olmaz. Onlar praqmatikdirlər. Əgər onlar bir prosesə mane ola bilmirlərsə, onda qınlarına çəkilib prosesdən bəhrələnmək yolu tuturlar. Məsələn, bu gün Ermənistan bilir ki, qonşu ölkələrlə əməkdaşlıq etməsə, məhv ola bilərlər, ancaq 30 ildir bu yoldadırlar və ambisiylarına görə yox olmaqdadırlar. Amma İran belə deyil.

Təbii ki, bu illər ərzində Emrənistanla yanaşı, Azərbaycanla da əməkdaşlıq edilib, Naxçıvanla əlaqələrimizdə İran heç bir maneə yaratmayıb. Bəziləri düşünür ki, onların ermənilərlə qohumluğu var, onlardan xoşları gəlir, xeyr, belə deyil. Bu, dövlət maraqlarından irəli gəlirdi. Əgər Zəngəzur dəhlizi açılarsa, İranın gəlirləri azalacaq. Azərbaycanın olduqca korrekt və məntiqli apardığı siyasət İranı məcbur etdi ki, geri addım atsın və Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən layihələrdə yer alsın.

Qələbəmizdən sonra İran tərəfdə qoşunların yığılması, ermənilərin işğalı dövründə keçirilməyən təlimlərin keçirilməsi-filan bizi həddən ziyadə narahat edirdi. Amma biz yaxın dövlət olduğumuz üçün əmin idim ki, qarşılıqlı tanınma, əməkdaşlıq qalib gələcək. Çünki həmişə iqtisadi üstünlük digər şeylərə diktə edir. Bu da oldu.

Müdafiə nazirinin ora getməsini təsadüfi hesab etmirəm. İran Qərb tərəfdən embarqolara məruz qalır, çox böyük çətinliyi var. Bu mənada, Azərbaycanla əməkdaşlığın İrana çox xeyri var. Əhalisinin çoxu soydaşımız olan, dini baxımdan yaxın olduğumuz İranla əməkdaşlıq etmək vacibdir və bunu onlar da anlayırlar. Baş nazir müavini və nazirlər səviyyəsində bağlanan naviqasiya, logistika, enerji anlaşmalarından sonra hərbi qurumlar arasında da bu cür təmasların olması vacibdir. Təbii ki, Zakir Həsənov ora tək hərbi məsələlərlə bağlı yox, həm də Ali Baş Komandanın tapşırıqlarını çatdırmaq üçün gedib”.

Aqil Bəkir

www.yenicag.az

824
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv