Azərbaycanın Müdafiə nazirinin müavini Türkiyədə səfərdə olub.
Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevlə görüşüb.
Görüşdə Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler də iştirak edib.