Müdafiə Nazirliyi məlumat yaydı

Avqustun 27-si saat 19:20-dən 19:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Yenicag.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə edilib.