Müdafiə Nazirliyi: “Narahatçılığa əsas yoxdur”

cms-image-000006012mudafieSilahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat Baş Klinik Hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin edilir.

Bu barədə məlumat verən hospitalın Qan Bankı bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev bildirib ki, hazırda bütün qan və qan komponentləri Qan Bankı bölməsində var. Lazım olan vasitələrlə təmin etmək üçün bölmə hər zaman olduğu kimi 24 saat fasiləsiz fəaliyyət göstərir.

“Ümumiyyətlə Silahlı Qüvvələrdə bölmələrimiz bütün təminat növləri ilə tam təmin olunub, bu məsələlərlə bağlı narahatçılığa heç bir əsas yoxdur”, – deyə K.Quliyev vurğulayıb.

Müdafiə Nazirliyi bir daha xatırladır ki, baş verən hər bir hadisə ilə bağlı nazirliyin rəsmi internet səhifəsində mütəmadi olaraq məlumatlar yerləşdirilir. Hadisələr barədə ancaq rəsmi məlumatlardan istifadə etmək daha məqsədəuyğundur.