Müdafiə Nazirliyindən Seyfəlidəki partlayışlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Yeniacg.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 16.12.2022-ci il tarixindən 18.12.2022-ci il tarixinədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

COP29