Müdafiə Nazirliyini kim idarə edir?

Üzeyir Cəfərov: “Əmrlərin altında Zakir Həsənovun imzası dursa da, hamı başa düşür ki, bu bilavasitə N. Sadıkovun maraqları çərçivəsində həyata keçirilir”

1389430114_0001 Zakir Həsənov müdafiə naziri təyin olunan vaxtın üzərindən aylar keçir. Buna baxmayaraq, hələ də Müdafiə Nazirliyi ilə bağlı söz-söhbətlər bitib-tükənmir. Tam əksinə, yeni nazirin qərarlarını tez-tez dəyişməsi başqa sualları meydana çıxarır. “Yenicag.az”-ın xüsusi müxbiri bu sahədəki dəyişikliklərlə bağlı suallara hərbi ekspert, polkovnik Üzeyir Cəfərovla birlikdə aydınlıq gətirmək istəyib.

 –         Müdafiə Nazirliyini kim idarə edir? Zakir Həsənov yoxsa Nəcməddin Sadıkov?

 –         Müdafiə Nazirliyini kim idarə edir sualına şəxsən mən çətinlik tapıram cavab verməyə. Ötən ilin oktyabr ayından bu günədək baş verən prosesləri yaxından izləyən, təhlil edən şəxs kimi deyə bilərəm ki, hər halda qanuna görə bu prezident tərəfindən təyin edilən şəxs olmalıdır. Yəni, ən böyük güc strukturu kimi tanıdığımız Müdafiə Nazirliyinin rəhbəri kimi general-polkovnik Zakir Həsənov olmalıdır. Reallıqda isə biz bir qədər fərqli mənzərə müşahidə edirik. Nəzərə alsaq ki Zakir Həsənov MN sistemində tam yeni bir şəxsdir, demək, ona kadr təyinatlarında məsləhət verən, onu yönləndirən kimsə var. Bu şəxsin də birmənalı olaraq Baş Qərargah rəisi-nazirin birinci müavini postunu tutan Nəcməddin Sadıkov olduğu məlumdur. Uzun illər idi ki, sabiq müdafiə naziri Səfər Əbiyev bu adama sırf öz xidməti vəzifələri ilə məşğul olmağı tapşırmış, ona kadr siyasətinə təsir edə biləcək qərarlar qəbul etməyə o qədər də imkanlar buraxmamışdı. İndi isə, biz tam əks mənzərənin şahidi oluruq. Faktiki olaraq son 4 ildə əli qolu “bağlanan” N.Sadıkov kimi hara və hansı vəzifəyə istəyir təyin etdirir. Əlbəttə ki əmrlərin altında Zakir Həsənovun imzası durur. Amma artıq SQ hamı gözəl başa düşür ki, bu bilavasitə N. Sadıkov və onun bir qrup ətrafı tərəfindən müəyyən maraqlar çərçivəsində həyata keçirilir.

–         Yeni nazirin təyinatlarda ziq-zaqlarına nə ad vermək olar? Öz təyin etdiyi şəxsi qısa müddət sonra çıxarması, köhnə kadrları çıxarıb, sonra geri qaytarması nə anlama gəlir?

–         Sualınızın ikinci hissəsində “yeni nazirin təyinatlarda ziq-zaqlarına nə ad vermək olar? Öz təyin etdiyi şəxsi qısa müddət sonra çıxarması, köhnə kadrları çıxarıb, sonra geri qaytarması nə anlama gəlir?”sualına da mən belə cavab verərdim. Bu bir daha MN-nin yeni rəhbərliyinin MN kimi ən böyük güc strukturunun işini dərindən bilməməsi və bu sahədə olan boşluqlardır. Tam səmimi deyirəm ki, artıq Zakir Həsənovun öz imzasına hörmət bəsləməməsi haqqında cəmiyyətdə müxtəlif yanaşmalar sərgiləməklə yanaşı az qala lətifə səviyyəsinə qalxan söz-söhbətlər yer almaqdadır. Axı müharibə şəraitində ola bir dövlətin kadr potensialı elə istifadə edilməlidir ki, burada bo.luq yaranmasın. Fikir verin. Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi artıq 3 aydan çoxdur ki yoxdur. SQ-in Hərbi Akademiyasının rəhbər heyəti də hələ də təyin ediməyib. Əvvala dünyanın istənilən ölkəsində kiminsə yaşına görə, yaxud digər obyektiv və sübyektiv səbəblərə görə xidmətdən tərxis olunması məsələsi gündəmə gələndə namizədlər müəyyən edilir və onlar barəsində texniki məsələlər həllini tapir. Azərbaycanda isə hələ də bu sahədə çox görüləsi işlər və kadrların axtarılıb tapılması sahəsində daima seçmə işləri aparılır. Bizdə isə, əvvəl vəzifəsindən kənarlaşdırılar, sonra isə yadlarına salırlar ki nəyi və necəsini unudublar. Məhz belə şeylərə görə də biz çox ciddi problemlərlə üzləşirik. İstənilən halda belə məsələlər çox ciddi şəkildə öyrənilməli və müsbət xarakterizə olunan komandirlər və rəislər layiq olduqları vəzifələrə rütbələrə nail olmalıdılar.

 Azadə Qafqazlı

COP29