Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada səfərdədir – Yenicag.Az

Reklam

Reklam

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskva şəhərində keçiriləcək “Beynəlxalq ordu oyunları – 2018” yarışlarının planlaşdırma konfransında iştirak edəcək.

MN-dən Yenicag.az-a verilən məlumata görə, tədbir zamanı yarışların şərtləri və qaydaları müzakirə olunacaq, eləcə də müsabiqənin keçirilmə yerlərinə baxış keçiriləcək.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşinin ustaları”, “Snayper həddi” və “Səhra mətbəxi” müsabiqələrində iştirakı, o cümlədən “Dərinlik” və “Qoşun kəşfiyyatının əlaçıları” müsabiqələrində müşahidəçi qismində təmsil olunmaları planlaşdırılır.

Azərbaycan, Belarus, Qazaxıstan, İran, Çin və Rusiya ərazisində təşkil olunacaq 27 beynəlxalq müsabiqədən ibarət “Beynəlxalq ordu oyunları – 2018” yarışlarının cari ilin iyulun 28-dən avqustun 11-dək keçirilməsi nəzərdə tutulub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2195
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."