!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müdafiə Nazirliyinin sərt bəyanatından sonra ermənilər səslərini kəsdilər” – Elxan Şahinoğlu

!Reklam – Yazi

“Belə məsələlərdə Xarici İşlər yox, məhz Müdafiə Nazirliyinin kəskin mövqe bildirməsi daha böyük effekt doğurur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycana yönəlik təhdid dolu fikirlərinə və Rusiya-Ermənistan “Lazarev klubu”nun Dağlıq Qarabağ separatçılarını Moskvaya dəvət etməsinə Xarici İşlər Nazirliyinin dişsiz reaksiyasına münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, ölkənin xarici siyasət idarəsinin bu kimi məsələlərə ifrat korrekt reaksiya verməsi təəssüf doğurur:

“Mən bu barədə çıxışlarımda bir neçə dəfə bəhs etmişəm. Həqiqətən də, Xarici İşlər Nazirliyi İrəvandan verilən bəyanatlara, o cümlədən də son olaraq, “Lazarev klubu”nun Dağlıq Qarabağ separatçılarını Moskvaya dəvət etməsinə çox korrekt münasibət bildirib. Əslində isə daha qətiyyətli mövqe bildirilməsinə ehtiyac vardı.

Ona görə də hesab edirəm ki, belə hallarda Azərbaycan Müdafiə Nazirliyinin adekvat bəyanatı daha effektivdir, nəinki Xarici İşlər Nazirliyinin gördüyümüz yumşaq reaksiyası…

Fikrimcə, Müdafiə Nazirliyinin bu gün Ermənistan müdafiə nazirinin sərsəm fikirlərinə sərt və konkret reaksiya verməsi çox yerinə düşdü. Xatırladım ki, ermənilər vaxtilə Mingəçevir SES-i vuracaqlarını bəyan edəndə, bizim hərbçilər də bunun qarşılığında Metsamor AES-in vurulacağını bildirəndə, düşmən tərəf səsini kəsdi.

O baxımdan, Müdafiə Nazirliyinin, yeri gələrsə, şəxsən müdafiə naziri Zakir Həsənovun operativ və kəskin bəyanatla çıxış etməsinə ehtiyac var. Dediyim kimi, bunun təsir gücü daha böyükdür”.

A.Zeynalov

www.yenicag.az

12191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv