Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad edilib.
Yenicag.az xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, habelə Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev təqaüdə göndəriliblər.
General-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad edilib.