!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müdafiə Nazirlyində Ərhan Afyoncu ilə görüş keçirildi - FOTO

!Reklam – Yazi

Sentyabrın 14-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Ərhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hərbi-təhsil sahəsində görülən birgə işlərin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, müdafiə naziri qonaqları salamladıqdan sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə məlumat verib.

Görüşdə Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi-təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanaraq bu istiqamətdə Türkiyə Milli Müdafiə Universiteti ilə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Professor Ə.Afyoncu isə öz növbəsində genişmiqyaslı təxribat nəticəsində şəhid olanlarla bağlı başsağlığı verdikdən sonra  hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsirini qeyd edib və bu sahə üzrə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Sonra Ə.Afyoncu min illik tarixi keçmişə malik olan və fərqli coğrafi ərazilərə yayılan türk tarixindən bəhs edən “Türklerin tarihi” adlı kitabını general-polkovnik Z.Həsənova təqdim edib.
Görüşdə hərbi-təhsil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv