Müdafiə zavodunda güclü partlayış oldu – VİDEO

İsraildə avqustun 15-nə keçən gecə Ramat Haşaron sənaye zonasındakı Müdafiə Zavodunda güclü partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin “Vesty.co.il” saytı məlumat yayıb.

Qeyd olunur ki, 30 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri xüsusi komissiya tərəfindən araşdırılır.