Müdir koronavirusa yoluxdu, bank bağlandı – TƏCİLİ

Türkiyənin Bursa əyalətində bank müdirində koronavirus aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Məlumata görə, bank müdiri xəstəxanaların birinə yerləşdirilərək karantinə alınıb. Bankın 15 gün ərzində bağlı qalacağı açıqlanıb. Daha 12 işçisi isə 14 gün əzində karantində saxlanılacaq.

Vətəndaşların zərər çəkməməsi üçün bankın mobil filialının fəaliyyət göstərəcəyi bildirilib.