Müəllim arvadını öldürən ərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Faiq Qəniyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə N.Əkbərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı ildə Xətai rayonunda baş verib. 1974-cü il təvəllüdlü Namiq Əkbərzadə arvadı, 1979-cu il təvəllüdlü Dilarə Hüseynovanı iki azyaşlı uşaqlarının gözü önündə taxta ilə döyərək öldürüb. D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecinin müəllimi olub.

Yeniçağ.az