Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

22 sentyabrdan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə (ibtidai sinif istisna olmaqla) başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, vakansiya seçimlərinə bu gün saat 11:00-da start verilib və seçim 24 sentyabr saat 10:59-da başa çatacaq.

Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplayan namizədlər iştirak edə biləcəklər.

Qeyd edək ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Eyni zamanda tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.