Diplom işinin müdafiəsi üçün kürsüyə çıxan tələbə geyindiyi şortikə görə tənqid olunub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Kornel Universitetində maraqlı hadisə baş verib. Letitia Çay adlı tələbə qız diplom işinin müdafiəsi üçün xüsusi təqdimatla kürsüyə çıxıb. Bu zaman professorlardan biri qızın şortikinin qısa olduğunu söyləyib və buna görə qızı tənqid edib. Qız isə bir anda soyunmağa başlayıb və bu yolla professora öz etirazını bildirib. Müdafiəyə çılpaq halda davam edən Çayı tələbə yoldaşları da dəstəkləyib.
Gənc qız bildirib ki, o, heç vaxt kiməsə görə özünü dəyişdirməyəcək.