2020-2021-ci ildə ümumilikdə 627 müəllim güzəştli ipoteka əldə etmək hüququndan yararlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Facebook” hesabında paylaşım edib.
O bildirib ki, 2020-ci ildə 197, 2021-ci ildə isə 430 müəllim güzəştli şərtlərlə ipoteka krediti alıb.
Xatırladaq ki, gənc ailə üzvü olan və azı 3 il məktəbdə müəllim işləyənlər, həmçinin gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumtəhsil müəssisəsində işləyən şəxslər güzəştli şərtlərlə ipoteka krediti əldə edə bilərlər./Trend/