ABŞ prezidenti Donald Tramp maraqlı təkliflə çıxış edib.
Yenicag.az xəbər verir ki, dövlət başçısı müəllimləri silahla təchiz etmək təklifini irəli sürüb.
O, bu barədə Florida ştatındakı məktəblərin şagird və müəllim heyəti ilə görüşü zamanı çıxış edərəkən deyib: “Müəllimlər, üzərilərindəki silahı gizli şəkildə daşıya bilərdilər. Onlar xüsusi təlim keçərdilər və bu halda məktəbdə daha silahdan azad zonalar olmazdı”, – deyə Tramp bildirib.