Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Müəllimlərin diaqnostik qiymətləndirilməsi nə vaxt keçiriləcək?

Dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi bu ilin noyabr ayında keçiriləcək.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu mərhələdə əsasən regionlarda fəaliyyət göstərən və indiyə qədər diaqnostik qiymətləndirilməsi keçirilməyən dövlət peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimləri, istehsalat təlimi ustaları iştirak edəcək.

Qiymətləndirmənin nəticələrindən asılı olaraq, mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsi ilə əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, müxtəlif səbəblərə görə əvvəlki qiymətləndirmələrdə iştirak edə bilməyənlər də diaqnostik qiymətləndirmənin bu mərhələsinə cəlb olunacaq. Bununla da dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin başa çatdırılması planlaşdırılır.

Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.

www.yenicag.az

2673
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM