Müəllimlərin işə qəbul imtahanının vaxtı dəyişdirildi

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin tarixi dəyişdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, test imtahanı mərhələsi noyabrın 4-dən 16-na keçirilib.