Müəllimlərin işə qəbul müraciəti rekord həddə çatdı

2021-ci ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində rekord sayda – 62 242 müraciət qəbul edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ilin yekunlarına dair hesabatında qeyd olunub.

Bildirilib ki, 21 iş gününü əhatə edən və ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46 930 namizəd iştirak edib.

Ümumilikdə 12154 vakansiya üzrə müsabiqə elan edilib. Hazırki dövrə kimi 10000 nəfərə yaxın namizəd işlə təmin olunub. 3794 nəfər müddətsiz, 5866 namizəd isə müddətli əmək müqaviləsi əsasında işə qəbul olunub. İşə qəbul edilmiş müəllimlərin 51 faizi ucqar kənd məktəblərinin payına düşür. Namizədlərin işə qəbulu prosesi tədris ilinin sonunadək davam edəcək.