!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimlərin işə qəbulu ilə bağlı daha bir YENİLİK

!Reklam – Yazi

Təhsil Nazirliyi yanında İctimai Şuranın müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı məsələlərin müzakirə edilməsinə dair onlayn iclası keçirilib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, iclasda Şuranın məsul katibi İlqar Orucov cari ilin iyul-avqust aylarında keçirilməsi planlaşdırılan müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı müzakirələrin təşkilinin əhəmiyyətini, bununla bağlı maraqlı tərəfləri narahat edən suallar, müxtəlif fikir, rəy və təkliflərin olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Həmçinin bu məqsədlə İctimai Şuranın sosial media hesabından müvafiq mövzuya dair təşkil edilən müzakirələr zamanı daxil olan fikirlərə də münasibət bildirilməsi məsələsinə toxunulub.

İclasda iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov və nazirliyin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verərək bildiriblər ki, müəllimlərin işə qəbulu müsabiqəsinin mərkəzləşdirilmiş şəkildə keçirilməsi vakant yerlərin sağlam rəqabət əsasında və peşəkar kadrlar tərəfindən tutulmasını təmin edir. Müsabiqə zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər isə ucqar bölgələrdə kadr çatışmazlığı probleminin həllinə ciddi töhfə verir. Son illər müəllimlərin işə qəbulu qaydalarında obyektivlik baxımından əhəmiyyətli dəyişikliklər edilib. Belə ki, müddətli müqavilə ilə işə qəbulun mərkəzləşmiş qaydada həyata keçirilməsi, elektron yerləşdirmələr başa çatdıqdan sonra tutulmayan və yeni yaranan vakant yerlərin, ilk növbədə, həmin rayon üzrə qeydiyyatda olan namizədlərə təklif olunması, tutduqları vakansiyadan imtina edən namizədlərin müsabiqənin növbəti turlarına buraxılmaması (namizədlərin vakant yerlərin seçimində daha məsuliyyətli olması baxımından), müsabiqənin test imtahanı mərhələsində məntiqə aid sualların çıxarılması dəyişikliklərin əsas tərkib hissəsidir.

Qeyd olunub ki, ölkədə mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, cari ildə müsabiqə iştirakçılarının sağlamlığının qorunması məqsədilə müsabiqənin zəruri tədbirlər görülməklə (temperaturun yoxlanılması, vətəndaşlar arasında sosial məsafənin qorunması, seanslar arası dezinfeksiya işlərinin aparılması və s.) daha geniş məkanda və ya yerlərdə keçirilməsi ilə bağlı müzakirələr aparılır.

Şuranın sədri Şahlar Əsgərov, sədr müavini Nadir İsrafilov, şura üzvlərindən Milli Məclisin deputatı Etibar Əliyev, Asif Cahangirov, Ülviyyə Mikayılova, Mayis Əliyev, Mirzə Cəfərzadə çıxış edərək mövzu ilə bağlı münasibətlərini ifadə ediblər. Şura üzvləri qeyd olunan məsələ ilə bağlı İctimai Şuraya çoxsaylı sualların daxil olduğunu diqqətə çatdırıblar.

Müzakirə zamanı Şura üzvlərinin bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə, o cümlədən, müsahibə mərhələsinə nəzarət etmələrinin təmin olunması, imtahanların bir neçə məkanda keçirilməsi imkanının araşdırılması, imtahanla bağlı tədris metodikası və təlim strategiyalarına aid vahid vəsaitin hazırlanmasına başlanılması, yerlərdə olan bütün vakansiyaların nazirliyə təqdim edilməsinə nəzarətin gücləndirilməsi, orta ixtisas təhsilli müəllimlərə tam orta təhsil səviyyəsində dərs demək hüququnun verilməsi və bir sıra digər məsələlərə dair təkliflər səsləndirilib, nazirlik tərəfindən müvafiq qərarların qəbul olunması istiqamətində tədbirlərin görülməsi tövsiyə olunub.

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv