Müəllimlərin işə qəbulu ilə bağlı son vəziyyət açıqlanıb

img1864687Bir həftədir davam edən müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 14 fənn üzrə test imtahanı keçirilib.

Yenicag.az report-a istinadən xəbər verir ki, bu imtahanlarda ümumilikdə 12 076 nəfər iştirak edib.

Nazirlikdən bildirilib ki, iyulun 27-dən 29-dək isə ibtidai sinif, musiqi, təsviri incəsənət, texnologiya ixtisasları üzrə test imtahanları keçiriləcək.

İndiyədək keçirilən imtahanların nəticələrinə əsasən 1 733 nəfər seçdiyi vakant yeri tutmaq hüququ qazanaraq müsabiqənin müsahibə mərhələsinə buraxılıb. Müsahibəyə buraxılanların 186 nəfəri Azərbaycan dili və ədəbiyyat, 138 nəfəri ingilis dili, 39 nəfəri rus dili, 5 nəfəri rus dili və ədəbiyyatı, 9 nəfəri alman dili, 10 nəfəri fransız dili, 145 nəfəri riyaziyyat, 153 nəfəri informatika, 144 nəfəri fizika, 185 nəfəri kimya, 149 nəfəri biologiya, 261 nəfəri coğrafiya, 152 nəfəri tarix, 157 nəfəri fiziki tərbiyə müəllimləridir. Müsahibə mərhələsi test imtahanları başa çatdıqdan sonra – iyulun 30-dan avqustun 3-dək keçiriləcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə boş qalan vakant yerlərə avqustun 5-dən sonra əlavə yerləşdirmə həyata keçiriləcək. Əlavə yerləşdirmədə keçid balı toplayan, lakin vakant yer tutmayan namizədlər iştirak edə bilərlər.