Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Müəllimlərin işə qəbulu ilə bağlı yeni QƏRARLAR

Müəllimlərin işə qəbulu ilə bağlı yeni qərarlar qəbul edilib.

Yenicag.az xəbər verir ki, bu barədə bildirən Təhsil naziri Emin Əmrullayev müsabiqə şərtləri haqqında rəsmi “feysbuk” səhifəsində məlumat paylaşıb.

Nazir qeyd edib ki, müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı aşağıdakı yeni qərarlar qəbul edilib:

1. Bu tədris ilindən hazırda müəllim vəzifəsində işləyən şəxslər də müsabiqədə iştirak edə bilərlər;
2. Müsabiqənin test imtahanı mərhələsi müxtəlif regionlarda da təşkil ediləcək;
3. Namizədlərin imtahan nəticələri bir tədris ili ərzində qüvvədə qalacaq; (yəni ötən ilin nəticələri bu il qüvvədə qalmayacaq).
4. Namizədlərin imtahan nəticələrinin eyni olması hallarında vakansiya seçimi müxtəlif meyarlar (ixtisas fənni üzrə nəticəsi, təhsil pilləsi və səviyyəsi, təhsil haqqında sənədi (adi, fərqlənmə), pedaqoji stajı, yaşayış yeri)) əsasında aparılacaq.

Loading...

www.yenicag.az

121
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100