!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı açıqlandı

!Reklam – Yazi

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, 24 iyu-3 iyul tarixlərində miq.edu.az saytı vasitəsilə aparılan elektron sənəd qəbulu zamanı 54 687 namizəd qeydiyyatdan keçib.

Elektron ərizələrdəki göstəricilər araşdırıldıqdan sonra 52 638 namizədin ərizəsi qəbul olunub.

İyulun 4-də müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə imtahanların tarixi və keçiriləcəyi yer barədə məlumat göndəriləcək.

Test imtahanlarının iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.

www.yenicag.az

2522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv