!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimlərin maaş kartları niyə məktəb direktorunun cibindədir? - Şikayət

!Reklam – Yazi

Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbin direktoru müəllimlərin maaş kartını alaraq pulunu mənimsəyib.

Belə bir şikayətlə Yenicag.az-a İsmayılova Aygün Nurməmməd qızı müraciət edib. O bildirib ki, maaş kartını direktor Rəhim Rəhimovdan istədikdə ona 2016-cı il tarixindən etibarən işdən azad edildiyi deyilib.

Aygün İsmayılovanın sözlərinə görə, Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbin direktoru Rəhim Rafiq oğlu Rəhimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayət əməlləri ilə məşğuldur:

“Belə ki, mən 1 sentyabr 2009-cu il tarixində Ucar rayonu Qazqumlaq kənd tam orta məktəbində ingilis dili müəllimi vəzifəsinə işə qəbul edilmişəm. 2015-ci ildə ailə həyatı qurduğum üçün 6 aylıq məzuniyyətə çıxdım. Sonra yenə işimi davam etdirdim. 14 iyul 2017-ci il tarixində analıq məzuniyyətinə çıxdım. Sonradan mənə məlum oldu ki, Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbin direktoru Rəhim Rəhimov mənim maaş kartımı özündə saxlamaqla hər ay məzuniyyət pulumu götürərək mənimsəyib. Maaş kartımı direktor Rəhim Rəhimovdan istədikdə o mənə dedi ki, 2016-cı ildən sən işdən azad edilmisən”.

Şikayətçi bildirib ki, işdən azad edilməyi barədə ona heç bir məlumat verilməyib.

Aygün İsmayılova vurğulayıb ki, məktəb direktoru Rafiq Rəhimovun əməlləri bununla bitmir:

“Ucar rayonu Qazqumlaq kənd 1 nömrəli tam orta məktəbdə özbaşınalıq, qanunsuzluq baş alıb gedir. Həmin məktəbdə ingilis dilini tədris edən Gülər müəllimə işə gəlmir deyə fənni onun əvəzinə Aytən müəllimə keçir. Ancaq Gülər müəllimənin adı işdə gedir, dərs jurnalına qeyd edilir. Bu saxtakarlıqlara yol verən direktor Rəhim Rəhimov Gülər müəllimənin maaş kartından pulu çıxarıb mənimsəyir ki, bu faktı da bankomatda olan video görüntülərlə təsdiq etmək olar.

İşçilərin maaş kartını cibində gəzdirib əmək haqqısını mənimsəmək xəstəliyinə tutulmuş direktor Rəhim Rəhimovun əməlləri yerində tam, hərtərəfli və obyektiv araşdırılmalı, onun barəsində qanuna müvafiq tədbirlər görülməlidir. Qeyd edim ki, məktəb direktoru Rəhim Rəhimovun himayədarı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovdur. Onu bu vəzifəyə məhz İldırım Məmmədovun tapşırığı ilə təyin ediblər. Qazqumlaq Ziya Məmmədovun anadan olduğu kənddir”.

Sonda şikayətçi bildirib ki, məktəb direktoru Rəhim Rəhimovun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və təhsil naziri Ceyhun Bayramova şikayət ərizəsi ilə müraciət edib.

Qeyd edək ki, məsələ ilə bağlı məktəb direktoru ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Səxavət Məmməd

www.yenicag.az

4704
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv