Müəllimlərin maaşı açıqlandı – 700-900 manat

“Azərbaycanda 134136 müəllim diaqnostik qiymətləndirmədən keçib”.

Yenicag.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev Nazirliyin hesabat tədbirində deyib.

Şöbə müdiri qeyd edib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizinin maaşı 900 manat və daha çoxdur./APA/