Müəllimlərin sertifikasiyası nə vaxt keçiriləcək? – Nazirdən AÇIQLAMA

Təhsil naziri Emin Əmrullayev müəllimlərin sertifikasiya prosesi haqqında məlumat verib.

Yenicag.az-ın məlumatına görə, nazir əlavə edib ki, sertifikatlaşdırma bu ilin prioritetlərindəndir:

“Hazırda yalnız prosesə hazırlıq mərhələsindən danışa bilərik. Bu, sürətli və qəfil baş verən proses olmayacaq. Ən azı, bu ilin birinci yarısında sertifikasiyanın keçirilməyəcəyini deyə bilərəm”.