Müəllimlərin sertifikatlaşdırılmasına başlanılır

Bu gündən 30-da təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsinə başlanılır.

Bu barədə Yenicag.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

İlkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edəcək.

İmtahanlar 30 avqust -1 sentyabrda Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunacaq.