“Sülhməramlı kontingentin Ermənistanda hər hansı fəaliyyətinin olacağı gözlənilmir”.
Bunu Yenicag.az-a açıqlamasında Azərabycanı tərk edən rus sülhməramlı kontingentinin Ermənistana gedməsinin hansı zərurətdən irəli gəldiyi barədə fikirlərini hərbi ekspert Azər Bayramov deyib.
Onun sözlərinə görə, kontingentin Ermənistanda hər hansı funksiyanı yerinə yetirməsi sülhməramlı vəzifəsinin icrasına uyğun deyil.
“Ermənistanda bu birliyin qarşısına qoyulan məqsəd və vəzifələrə uyğun vəziyyət mövcud deyil. Əlavə olaraq, İrəvanın belə bir qərar verməsi müəmmalıdır. Çünki uzun müddətdir rus qoşunlarının öz ərazilərindən çıxarılması istiqamətdə addımlar atırlar. Məsələyə bu aspektdən yanaşdıqda sülhməramlı kontingentin Ermənistanda hər hansı fəaliyyətinin olacağı gözlənilmir”, – deyə o bildirib.
Hərbi ekspert əlavə edib ki, mövcud vəziyyətlə bağlı bir sıra variantlarda fikirlər irəli sürmək də mümkündür:
“Ola bilər ki, Qarabağa sülhməramlı adı altında Gümrüdən hərbçilər gətirilsin və indi də həmin kontingent yerinə qaytarılsın. Yəni öz məntəqələinə qayıtdıqdan sonra adi hərbiçi kimi öz vəzifələrini yerinə yetirəcəklər”.
Nəsimi Ələsgərli